XXX fəsil. Şəxsin və əşyaların tanınması
Maddə 240. Əşyaların tanınması
240.1. Hər hansı əşyanı tanınma üçün təqdim etmək zəruri olduqda müstəntiq tanıyan şəxsi bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir.
240.2. Əşyanın tanınmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir.…