XXIX fəsil. Baxış, meyitin qəbirdən çıxarılması və şəxsi müayinə
Maddə 236. Baxış
236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, İKT sistemlərinin, onların hissələrinin, elektron…