II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 23. Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata keçirilməsi
23.1. Cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz.
23.2. Fövqəladə məhkəmələrin yaradılması və ya məhkəmənin səlahiyyətlərinin…