XXVI fəsil. İbtidai araşdırmanın ümumi şərtləri
Maddə 220. Cinayət prosesi iştirakçılarının hüquqlarının izahının təmin edilməsinin və vəsatətlərinə baxılmasının məcburiliyi
220.1. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə, istintaq hərəkətlərinin aparılmasında iştirak edən digər şəxslərə onların hüquq və vəzifələrini, habelə üzərlərinə qoyulmuş vəzifələrin icra…