XXVI fəsil. İbtidai araşdırmanın ümumi şərtləri
Maddə 217. İbtidai araşdırmanın başlanması
217.1. İbtidai istintaq və ya bu Məcəllənin 214.1.1-ci maddəsində nəzərdə tutulan təhqiqat şəklində ibtidai araşdırma (bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər istisna olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır.