XXVI fəsil. İbtidai araşdırmanın ümumi şərtləri
Maddə 215. Cinayət işləri üzrə ibtidai istintaqın aparılması
215.1. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir.
215.2. Cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti…