XXV fəsil. Cinayət işinin başlanması
Maddə 213. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi
213.1. Aşağıdakı hallarda təhqiqatçı və ya müstəntiq cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bilər:
213.1.1. həmin cinayətin araşdırılması onun səlahiyyətinə aid olmadıqda;
213.1.2. cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə…