XXV fəsil. Cinayət işinin başlanması
Maddə 208. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsi
208.0. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına aşağıdakı hallarda səbəb olur:
208.0.1. təhqiqatçı, müstəntiq və ya prokuror cinayətin törədilməsini göstərən halları, yaxud cinayətin…