XXIII fəsil. Cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması
Maddə 201. Peşə və kommersiya sirrinin qorunması
201.1. Cinayət mühakimə icraatı zamanı peşə və kommersiya sirlərini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.
201.2. Prosessual hərəkətlər aparılarkən peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların zərurət olmadan…