XXI fəsil. Əməyin və çəkilmiş xərclərin ödənilməsi
Maddə 195. Tərcüməçi, mütəxəssis, ekspert tərəfindən görülmüş işlərin haqqının ödənilməsi
195.1. Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı aşağıdakı qaydada ödənilir:
195.1.1. xidməti tapşırıq qaydasında yerinə yetirildikdə — iş yeri üzrə əmək haqqı həddində;
195.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan…