II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 18. Mülkiyyət hüququnun təmin edilməsi
18.1. Cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
18.2. Prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli…