XVIII fəsil. Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi
Maddə 177. İstintaq hərəkətlərinin məcburi aparılması hüququ
177.1. Cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər.
177.2. İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs…