XV fəsil. Sübutetmə
Maddə 140. Bəzi sübutlar əsasında müəyyən edilən hallar
140.0. Cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər:
140.0.1. ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi;
140.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin ictimai…