XIV fəsil. Sübutlar
Maddə 134. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları
134.1. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.
134.2. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu…