XIII fəsil. Cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi
Maddə 123. Cinayət prosesində iştirak edən zərər çəkmiş şəxslərin, şahidlərin, təqsirləndirilən və digər şəxslərin dövlət müdafiəsi üçün tədbirlər görülməsinin məcburiliyi
123.1. Cinayət prosesini həyata keçirən orqan zərər çəkmiş şəxsin, şahidin, təqsirləndirilən şəxsin və ya cinayət prosesində iştirak edən digər şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş qəsdlərdən müdafiəyə ehtiyacı olduğu və ya ehtiyacı ola biləcəyi halları aşkar etdikdə, bu şəxslərin xahişi və ya öz təşəbbüsü ilə…