XII fəsil. Cinayət prosesində etirazlar
Maddə 115. Hal şahidinə etiraz
115.1. Bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz.
115.2. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması…