II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 11. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi
11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.
11.2. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən…