XI fəsil. Cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri
Maddə 92. Hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınların maddi-məişət təminatının xüsusiyyətləri
92.1. Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə…