XI fəsil. Cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri
Maddə 86. Məhkumların ədəbiyyat və yazı ləvazimatı əldə etməsi və saxlaması
86.1. Məhkumlara bağlama, sovqat və ya banderol ilə, habelə şəxsi hesablarında olan vəsait hesabına məhdudiyyət qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa, qəzet və jurnallara abunə yazılmağa icazə verilir.
86.2. Əldə olunmuş ədəbiyyat bu Məcəllə ilə müəyyən edilmiş bağlama və banderolların sayına daxil edilmir.…