X fəsil. Cəzaçəkmə müəssisələrində rejim
Maddə 78. Cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları
78.1. Cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və…