IX fəsil. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasının ümumi müddəaları
Maddə 69. Məhkumların təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanması
69.1. İlk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkən şəxslər onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanıla bilərlər. Əvvəllər…