VI fəsil. İctimai işlər növündə cəzanın icrası
Maddə 36. İctimai işlər növündə cəzanın müddətinin hesablanması
36.1. İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır.
36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas…