V fəsil. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası
Maddə 28. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası
28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün…