I fəsil. Ümumi müddəalar
Maddə 2. Cəzaların İcrası Məcəlləsinin məqsəd və vəzifələri
2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır.
2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən…