XXIII fəsil. Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri
Maddə 190. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası
190.1. Hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin qərar qanuni qüvvəyə mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi…