III fəsil. Cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət
Maddə 19. Məhkəmə nəzarəti
19.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.