XXIII fəsil. Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri
Maddə 188. Cərimə və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin icrası qaydası
188.1. Hüquqi şəxslər barəsində tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu Məcəllənin IV fəslinə uyğun olaraq icra edilir.