XX fəsil. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlara yardım göstərilməsi və nəzarət edilməsi
Maddə 178. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət
178.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
178.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarın surəti şəxsin azad…