XVII fəsil. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın icrası
Maddə 153. Hərbi qulluqçuların intizam xarakterli hərbi hissədə cəza çəkdikləri vaxtın müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması
153.1. Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır.
153.2. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan azad edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən olunmuş son yaş həddinə çatmış şəxslər həqiqi hərbi xidmətdən tərxis…