III fəsil. Cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət
Maddə 15. Cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar
15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir.
15.1-1. Hüquqi şəxslərə tətbiq edilən cərimə və xüsusi müsadirə…