XV fəsil. Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin xüsusiyyətləri
Maddə 128. Yetkinlik yaşına çatmış məhkumların tərbiyə müəssisələrində saxlanılması
128.1. On səkkiz yaşına çatmış məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə müəssisələrinə keçirilirlər. Tərbiyə müəssisələrində məhkəmənin qərarına əsasən məhkumlar iyirmi yaşınadək saxlanıla bilərlər.
128.2. On səkkiz yaşı tamam olandan sonra tərbiyə müəssisələrində…