XIV fəsil. Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası
Maddə 122. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılması şərtləri
122.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər həbsxanalarda kameralarda saxlanılırlar. Bu məhkumlar:
122.1.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;
122.1.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki…