XIV fəsil. Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası
Maddə 120. Həbsxanalar
120.1. Həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş…