XIV fəsil. Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası
Maddə 117. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri
117.1. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:
117.1.1. kamera tipli otaqlarda və ya adi yaşayış binalarında saxlanılırlar;
117.1.2. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda otuz beş manatadək miqdarda pul xərcləyə bilərlər;
117.1.3. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki…