XIV fəsil. Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası
Maddə 115. Ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri
115.1. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər.
115.2. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:
115.2.1. adi yaşayış binalarında saxlanılırlar: