II fəsil. Məhkumların hüquqi vəziyyəti
Maddə 11. Məhkumların əsas vəzifələri
11.1. Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər.
11.2. Məhkumlar bu Məcəllənin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət…