XIII fəsil. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi
Maddə 101. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin təşkili
101.1. Məhkumlarla tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edilməsinin, təhsil və mədəniyyət səviyyəsinin artırılmasının formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilir.