Müraciətlərə baxılma müddətləri

2 min


“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununa əsasən dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılma müddətləri aşağıdakı cədvəldə göstərilən müddətlərdə olur:

Baxılan müraciətlərMüddət
1Müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə göndərilən sorguya cavab verilməlidir7 iş günü
2Müraciətdə irəli sürülən məsələlərin həlli müraciəti alan orqanın səlahiyyətinə aid olmadıqda, müraciət aidiyyəti üzrə göndərilir3 iş günü
3Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektn səlahiyyətinə aid edildikdə müraciətin sürəti həmin subyektlərə göndərilir3 iş günü
4Müraciətin baxılmamış saxlanılması barədə məlumat verilir5 iş günü
5Şifahi müraciətin baxılmamış saxlanılması üçün məlumat verilirDərhal
6Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə xidməti araşdırma başa çatdırılmalıdır20 iş günü
7Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə xidməti araşdırma üçün əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda araşdırma uzadılır10 iş günü
8Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılır20 iş günü
9vətəndaşların müraciətlərinə baxılır15 iş günü
10Vətəndaşların əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərinə baxılır30 iş günü
11Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılmasımüddətini uzadır30 iş günü
12Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılır15 iş günü
13Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanuna zidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlər prokuroruq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar müraciət edən şəxsə qaytarılır5 iş günü

What's Your Reaction?

Möhtəşəm Möhtəşəm
1
Möhtəşəm
Normal Normal
0
Normal
Pis deyil Pis deyil
0
Pis deyil
Təşəkkür Təşəkkür
0
Təşəkkür

Şərhlər